BASDIRILMIŞ TERRAS

çökmə və ya vulkanogen süxurlar altında basdırılmış və relyefdə açıq görünməyən, terras. погребенная терраса buried terrace
BASDIRILMIŞ STRUKTUR
BASDIRILMIŞ YATAQ
OBASTAN VİKİ
Terras
Terras — bir tikilinin yer səviyyəsindən yüksək, istifadə edilə bilinən xarici hissəsi. Terrasların görüntüsü və xüsusiyyətləri bir çox şəkildə ola bilməsinə baxmayaraq terraslar bir evin balkondan daha geniş, üstü açıq olan hissəsidir. Terrasların istifadə sahələri olduqca müxtəlifdir. Terraslar ya kiçik miqyasda bağça salma işlərində ya da xüsusi istifadə məqsədilə yaradılırlar. Terrasların yaradılması mərhələsində Peyzaj memarlığının xidmətlərinin istifadəsi böyük önəm daşıyır.
Basdırılmış su
Basdırılmış su — keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin enməsi və yeni çökmə süxur təbəqələrilə örtülməsi nəticəsində bu sularla birlikdə gömülmüş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn sulardır. Bəzi tədqiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedimentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir. == Həmçinin bax == Süxurlar Yer səthi Çökmə süxurlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Basdırılmış (film)
Basdırılmış (ing. Buried) — Rodriqo Kortesin rejissorluğu ilə çəkilmiş 2010-cu ilin həyatda qalma, triller filmi. İspaniya istehsalı olan filmin ssenari müəllifi Kris Sparlinqdir. Filmin baş rolunda Kanada və ABŞ aktyoru olan Rayan Reynolds çıxış edir. Film İraq şəhərində terroristlər tərəfindən girov götürülüb tabutla birlikdə torpağa basdırılan amerikalı tır sürücüsünün sağ çıxma cəhdindən bəhs edir.
Akkumlyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Allüvial terras
Erozion terras
La-Terras
La-Terras (fr. La Terrasse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38503. Kommunanın 2012-ci il üçün əhalisi 2418 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 1 045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Qoyulmuş terras
Qoyulmuş terras söykənmiş terras (rus. вложенная терраса, ing. inset terrace, fill-in-fill terrase) — allüvial qatı çay dərəsinə qoyulmuş kimi olan çay, yaxud qobu terrası; məcradan uzaq kənarları ana sahilin süxurlarına, yaxud daha qədim terras çöküntüləri qatına söykənir.
Yerli terras
Yerli terras (rus. местная терраса, ing. local terrace) — dərənin ancaq müəyyən hissəsində müşahidə edilən terras, əksər halda su tutarların boğulan hissəsində çayın düşməsi nəticəsində yaranır.
Akkumulyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Terras (relyef forması)
Terras (fr. terrasse) — yamaclarda pillə-pillə yerləşən, səthi üfüqi və ya bir qədər meyilli olan relyef formasıdır. Terras əsasən suyun eroziya, abraziya və akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. Terraslar mənşəyinə görə struktur və akkumulyativ terraslara bölünür. Dağ yamaclarda torpaq eroziyasının qarşısını almaq məqsədilə buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terraslar düzəldilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar Azərbaycanda Siyəzən, Şabran, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və orada badam, püstə,eldar şamı və digər ağac cinslərindən bağlar, meşə-bağlar salınmışdır. Daşkəsən, Kəlbəcər, Laçın və başqa rayonlarda keçmişdə uzun dövr eyni istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə "taxtalar") yaradılmışdır. Hazırda bu terrasların "taxta" hissəsindən taxıl əkini, biçənək kimi istifadə edilir. Meyilli hissəsində isə çox yerdə təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.